Sahibə Qafarova: “İkinci Dünya müharibəsində azərbaycanlılar alman ailələrinin təhlükəsiz köçürülməsinə kömək ediblər”

Sahibə Qafarova: “İkinci Dünya müharibəsində azərbaycanlılar alman ailələrinin təhlükəsiz köçürülməsinə kömək ediblər”
# 12 iyun 2019 12:50 (UTC +04:00)

"Türkiyə-Azərbaycan əməkdaşlığı regionun inkişafı üçün böyük perspektivlər yaradır".

APA-nın məlumatına görə, bunu bu gün Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin üzvü Sahibə Qafarova Bakıda Milli Məclisin təşkilatçılığı və ATƏT Parlament Assambleyası (PA) ilə yaxın əməkdaşlıq çərçivəsində keçirilən Regional təhlükəsizlik və əməkdaşlıq üzrə Parlament Konfransı və Dialoq və Əməkdaşlıq üzrə Bakı Parlament Platformasının təsis konfransında bildirib.

S.Qafarova deyib ki, Azərbaycan və Almaniya arasında xüsusi münasibətlər var: "Azərbaycanda 100 illər boyu tolerantlıq mühiti hökm sürüb. Bu yüksək multikultural mühit 200 il əvvəl ölkəmizə köçürülən alman mühacirlərin ölkəmizdə rahat yaşayıb-yaratmasına imkan yaradıb. Hazırda deputat seçildiyim Şəmkir şəhəri vaxtilə Annifeld adlandırılıb. Cənubi Qafqazda buraxılan şərabların 60 faizi məhz Annifelddə buraxılıb. Almanlar Azərbaycanın ictimai-siyasi həyatında aktiv iştirak edib. Əsrin əvvəlində Milli Şurada Azadlıq fraksiyasının üzvlərindən biri Loris Kun olub. İkinci Dünya müharibəsində almanlar Sibir və digər bölgələrinə sürgün ediliblər. Alman ailələri bu təzyiqlərə məruz qalarkən azərbaycanlılar onlara böyük dəstək verib, təhlükəsiz köçürülməsinə kömək ediblər. Almanlar köçəndən sonra onların mədəni irsi Şəmkirdə qorunub. Bu gün Şəmkirdə alman kilsəsi qorunur. 30 avqust 2016-cı ildə Prezident İlham Əliyev Azərbaycanda alman məskənlərinin salınmasının 200 illiyi ilə bağlı sərəncam imzalayıb".

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR