Somalidə baş vermiş partlayışlar nəticəsində ölü və yaralı sayı artıb - YENİLƏNİB

Somalidə baş vermiş partlayışlar nəticəsində ölü və yaralı sayı artıb - YENİLƏNİB
  • Clock-gray 02:36
  • calendar-gray 16 İyun 2019

Somalinin paytaxtı Moqadişuda minalanmış avtomobilin partladılması nəticəsində ölənlərin sayı azı 9 nəfərə çatıb, daha 25 nəfər də yaralanıb.

APA “RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə “Sinhua” agentliyi yerli polisə istinadən məlumat yayıb. Bundan əvvəl 8 nəfərin öldüyü, 16 nəfərin də yaralandığı deyilirdi.

Bildirilir ki, birinci partlayışın ardından ikinci minalanmış avtomobil partladılıb, nəticədə terroristin özü ölüb. Təhlükəsizlik qüvvələri onunla əlbir olan bir nəfəri həbs edib.

Partlayışa görə məsuliyyəti “Əş-Şabab” terror qruplaşması öz üzərinə götürüb.

***

Saat 23:05

Somalinin paytaxtı Moqadişuda iki güclü partlayış törədilib.

APA xəbər verir ki, bu barədə “Sinhua” agentliyi yerli polisə istinadla məlumat yayıb.

Məlumata görə, hər iki partlayış ölkə parlamentinin binası yaxınlığındakı “Sayidka” nəzarət-buraxılış məntəqəsi bölgəsində baş verib. Partlayış nəticəsində azı 8 nəfər öldürülüb, daha 16 nəfər yaralanıb.

Partlayışlara görə hələ ki heç kim məsuliyyəti öz üzərinə götürməyib.

apa-logo-mini

Digər xəbərlər

Arxiv

date