Tanzaniyada 3 günlük matəm elan edilib

Tanzaniyada 3 günlük matəm elan edilib
# 11 avqust 2019 14:02 (UTC +04:00)

Tanzaniyanın Moroqoro şəhərində benzin daşıyan maşının qəzaya uğraması nəticəsində ölənlərin sayı 68 nəfərə çatıb, 72 nəfər yaralanıb.

APA-nın xəbərinə görə, bu barədə "Citizen" qəzeti rəsmilərə istinadən məlumat yayıb.

Bundan əvvəl 60 nəfərin öldüyü, 70 nəfərin yaralandığı açıqlanmışdı.

Tanzaniya Prezidenti Con Maqufuli bu gün ölkədə 3 günlük matəm elan edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR