Tunisdə Parlament seçkilərilə bağlı keçirilən səsvermə yekunlaşıb - YENİLƏNİB

Tunisdə Parlament seçkilərilə bağlı keçirilən səsvermə yekunlaşıb - YENİLƏNİB
# 06 oktyabr 2019 23:28 (UTC +04:00)

Tunisdə Parlament seçkilərilə bağlı keşirilən səsvermə yerli vaxtla saat 18:00-da başa çatıb.

APA “RİA Novosti”yə istinadla xəbər verir ki, səsvermənin ilkin nəticələri bu gün axşam saatlarında, yekun nəticə isə oktyabrın 9-da seçki komissiyası tərəfindən elan ediləcək.

Səsvermə hüququ olan yeddi milyondan çox Tunis vətəndaşı olsa da, müşahidəçilər gün ərzində seçicilərin fəallığının az olduğunu bildirib.

****

17:33

Bu gün Tunisdə parlament seçkiləri keçirilir.

An-Nahda Partiyasının parlament seçkilərində şansı yüksək dəyərləndirilir

PA-nın TASS agentliyinə istinadən verdiyi məlumata görə, 217 deputat mandatı uğrunda 15,3 min namizəd mübarizə aparır.

Hakim liberal-demokrat düşərgənin prezident seçkilərinin birinci turunda məğlubiyyətə uğraması (prezident seçkilərinin ikinci turu oktyabrın 13-də keçiriləcək) fonunda islamçıların An-Nahda Partiyasının parlament seçkilərində şansı yüksək dəyərləndirilir.

Yerli vaxtla saat 11.00-a olan məlumata görə, seçici fəallığı 6,5 faiz təşkil edib. Aşağı seçici fəallığı oktyabrın 4-dən xaricdə təşkil edilən seçki məntəqələrində səsvermədə də qeydə alınıb. Xaricdəki tunislilərin yalnız 7 faizdən bir qədər çoxu səsvermədə iştirak edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR