Uqandada torpaq sürüşməsində 5 nəfər ölüb, çox sayda insan dağıntı altda qalıb

Uqandada torpaq sürüşməsində 5 nəfər ölüb, çox sayda insan dağıntı altda qalıb
# 07 iyun 2019 04:18 (UTC +04:00)

Uqandada torpaq sürüşməsi baş verib.

APA DHA-ya istinadən xəbər verir ki, təbii fəlakət zamanı 5 nəfər ölüb, çox sayda insan torpaq altında qalıb.


Hadisə yerli vaxtla saat 23.30 radələrində Bududa bölgəsində qeydə alınıb.

Ölənlərdən biri 8 yaşlı qız uşağıdır. Uqanda Qırmızı Xaç Cəmiyyətinin sosial mediada yaydığı xəbərə görə, axtarış-xilasetmə tədbirləri nəticəsində 5 nəfər torpaq altından çıxarılaraq həyatları xilas edilib.

Axtarış-xilasetmə işləri davam etdirilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR