Nigeriyada "Boko Haram" silahlılarının hücumu nəticəsində azı 11 nəfər ölüb.
APA-nın RİA Novosti agentliyinə istinadən verdiyi xəbərə görə, terrorçular ölkənin şimal-şərqində nəzarət-keçid məntəqəsinə hücum ediblər.
Məlumata əsasən, silahlılar zirehli maşin daxil olmaqla hərbçilərə məxsus nəqliyyat vasitələrini ələ keçiriblər.
“Boko Haram” Nigeriya hökumətinin devrilməsinə və ölkənin şimalında islam dövlətinin yaradılmasına çalışır. Terrorçular mütəmadi olaraq Niger, Kamerun və Çad ərazilərinə hücum edir. 2015-ci ildə "Boko Haram" qruplaşması İŞİD-ə sədaqət andı içib.