Yəməndə daşqınlar zamanı iki nəfər ölüb

Yəməndə daşqınlar zamanı iki nəfər ölüb
# 10 iyun 2019 08:59 (UTC +04:00)

Yəmənin Aden şəhərində leysan yağışları daşqınlara səbəb olub, nəticədə iki nəfər ölüb.

APA-nın “Al Arabiya” telekanalına istinadən verdiyi xəbərə görə, şəhərin küçələri sel suları altında qalıb.

Bir neçə rayonlarda suyun səviyyəsi 40-100 sm-dək qalxıb. Ən çox əziyyət çəkən Aden şəhər administrasiyasının yerləşdiyi bölgədir.

Bundan başqa, güclü külək və şimşək çox sayda dirəklərin və ağacların aşmasına səbəb olub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR