Somalinin şimalında ABŞ hərbçiləri İraq-Şam İslam Dövləti (İŞİD) terror qruplaşmasının liderlərindən Bilal əl-Sudanini məhv edib.
APA-nın məlumatına görə, bu barədə TASS ABŞ rəsmilərinə istinadən məlumat yayıb.
Əs-Sudani dəstənin on üzvü ilə birlikdə xüsusi əməliyyat çərçivəsində məhv edilib. Faktı ABŞ prezidenti Co Bayden təsdiqləyib.