AFP: Burkina Fasoda 60 qadın qaçırılıb

AFP: Burkina Fasoda 60 qadın qaçırılıb
# 15 yanvar 2023 18:30 (UTC +04:00)

Silahlılar Burkina-Fasonun şimalında 60-a yaxın qadını qaçırıblar.

APA xəbər verir ki, bu barədə bazar günü “Frans Press” (AFP) agentliyi Arbinda hakimiyyətinə istinadən məlumat yayıb.

AFP qeyd edir ki, yanvarın 12 və 13-də yaraqlılar şəhərin yaxınlığında meşəlik ərazidə giləmeyvə yığan qadın qruplarına iki hücum həyata keçirib. Ordu bölmələri və yerli özünümüdafiə qüvvələri oğurlananların axtarışını davam etdirir. Səlahiyyətlilər hücumların terror qruplaşmalarının yaraqlıları tərəfindən törədildiyini güman edirlər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR