“Ana” tropik qasırğası Afrikanın cənub-şərqində 46 nəfərin həyatına son qoyub

“Ana” tropik qasırğası Afrikanın cənub-şərqində 46 nəfərin həyatına son qoyub
# 26 yanvar 2022 05:19 (UTC +04:00)

“Ana” tropik qasırğası son dörd gündə Madaqaskar, Mozambik və Malavidə azı 46 nəfərin həyatına son qoyub.

APA xəbər verir ki, bu barədə “France-Presse” məlumat yayıb.

Yanvarın 22-də Madaqaskarda fırtına baş verib, daşqınlar və torpaq sürüşmələri nəticəsində 39 nəfər ölüb, 65 min nəfər evsiz qalıb.

Ötən bazar ertəsi fırtına Mozambikin mərkəzinə çatıb. İlkin məlumata görə, 3 nəfər ölüb, 49 nəfər yaralanıb.

Fırtınanın səbəb olduğu daşqınlar nəticəsində Malavidə 4 nəfər ölüb, ölkənin böyük hissəsi işıqsız qalıb.

“Ana” qərbə, mərkəzə doğru irəliləyir və günün sonuna kimi Zimbabve sərhədini keçəcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR