Belçika Patris Lumumbanın cənazəsinin qalıqlarını qaytaracaq

Patris Lumumba

© APA | Patris Lumumba

# 25 may 2022 05:16 (UTC +04:00)

Belçika rəsmiləri Konqo Demokratik Respublikasının ilk Baş naziri olmuş Patris Lumumbanın cənazəsinin qalıqlarının qohumlarına qaytarılacağını açıqlayıb.

APA-nın rtbf.be saytına istinadla xəbərinə görə, söhbət qətlə yetirilmiş baş nazirin 1 dişindən gedir. Belçika hökumətinin məlumatına görə, 20 iyunda Brüsseldə təşkil ediləcək təntətənəli mərasimdə Lumumbanın qohumları və konqolu siyasətçilər iştirak edəcək.

Konqo mətbuatının xəbərinə görə, artıq ölkədə hazırlıqlar başlayıb. Geri qaytarılmanın 30 iyun Müstəqillik Gününədək başa çatması planlaşdırılır.

Qeyd edək ki, 2016-cı ildə Belçika prokurorluğu keçmiş polis işçisinin qızından bir diş müsadirə edib. Təhqiqat zamanı qızın atasının 1961-ci ildə Lumumbanı öldürən dəstənin üzvü olduğu ortaya çıxıb. O, mərhumun dişlərini çıxararaq özündə saxlayıb. 2020-ci ildə məhkəmə dişin Konqo Demokratik Respublikasına qaytarılmasına qərar verib. Ehtimal olunur ki, Lumumbanın daha bir dişi və barmağı da Belçikadada saxlanılır.

Xatırladaq ki, 1960-cı ildə müstəqil Konqo Demokratik Respublikasının ilk Baş naziri olmuş Lumumba 17 yanvar 1961-ci ildə katanqa qəbiləsindən olan əsgərlər tərəfindən öldürülüərək basdırılıb. Ertəsi gün cənazə çıxarılaraq turşuda əridilib. Prosesə belçikalı zabitlərin rəhbərlik etdiyi iddia olunur.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR