Kamala Harris bir həftəlik Afrika turnesinə çıxıb

Kamala Harris bir həftəlik Afrika turnesinə çıxıb
# 26 mart 2023 07:31 (UTC +04:00)

ABŞ-ın vitse-prezidenti Kamala Harris martın 26-da Qananın paytaxtı Akkraya gələcək. O, üç gün Qanada, iki gün Tanzaniyada, həmçinin bir gün Zambiyada olacaq.

APA-nın Qərb mətbuatına istinadən verdiyi məlumata görə, bir həftəlik səfərdə məqsəd ABŞ-ın Afrika qitəsi ölkələri ilə əlaqələrini dərinləşdirmək və Çinin artan təsirinə qarşı çıxmaqdır.

Səfər zamanı qitənin iqtisadi inkişafı, iqlim dəyişikliyi, ərzaq təhlükəsizliyi və gənclər məsələlərinə xüsusi diqqət yetiriləcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR