Kamerunda izdiham zamanı 6 nəfər həyatını itirib

Kamerunda izdiham zamanı 6 nəfər həyatını itirib
# 25 yanvar 2022 06:30 (UTC +04:00)

Kamerunun paytaxtı Yaundedə futbol matçı faciəyə səbəb olub.

APA-nın xəbərinə görə, Kamerun – Komor adaları matçı zamanı stadiona girişdə sıxlıq yaranıb. Basabas nəticəsində 6 nəfər həlak olub, əlliyədək adam xəsarət alıb.
Kamerun dövlət televiziyasının məlumatına görə xəsarət alanlar yaxınlıqdakı xəstəxanalara yerləşdiriliblər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR