Keniyada quraqlıq 205 filin ölümünə səbəb olub

Keniyada quraqlıq 205 filin ölümünə səbəb olub
# 04 noyabr 2022 17:26 (UTC +04:00)

Quraqlıq nu ilin fevral-oktyabr ayları ərzində Keniyanın vəhşi təbiət qoruqlarında 205 filin ölümünə səbəb olub.

APA DW-yə istinadən xəbər verir ki, bunu Keniyanın turizm naziri Peninah Malonza mətbuat konfransında bildirib.

Nazirin sözlərinə görə, son 9 ay ərzində 512 qnu (Afrika antilopunun bir növü), 381 zebra, 12 zürafə, 51 Afrika camışı da quraqlıqdan ölüb.

"Quraqlıq vəhşi təbiətin, əsasən də ot yeyən növlərin ölümünə səbəb olub. Ölümlər qida ehtiyatlarının tükənməsi və su çatışmazlığı səbəbindən baş verib", nazir deyib.

Qeyd edək ki, Şərqi Afrikanın böyük hissəsi son 40 ilin ən sərt quraqlığı ilə üzləşdiyi üçün vəhşi təbiət bundan ciddi zərər çəkib.

Rəsmilər Keniyanın şimalındakı Turkana bölgəsində 500 mindən çox insanın yağıntıların olmaması səbəbindən aclıqla üzləşdiyini bildirib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR