Liviyada parlament və prezident seçkilərinin tarixi məlum olub

Liviyada parlament və prezident seçkilərinin tarixi məlum olub
# 30 may 2023 18:11 (UTC +04:00)

Liviyada parlament və prezident seçkilərinin tarixi məlum olub.

APA xəbər verir ki, bu barədə “Al Hadath” telekanalı məlumat yayıb.

Qeyd olunub ki, Ali Dövlət Şurası və Nümayəndələr Palatasının (birpalatalı parlament) üzvlərinin daxil olduğu Liviya “6+6” Birgə Komitəsi prezident və parlament seçkilərinin vaxtı ilə bağlı konsensus əldə edib.

Bu ilin dekabrında parlament seçkilərinin, gələn ilin yanvarında isə prezident seçkilərinin keçirilməsi ilə bağlı razılıq əldə olunub.

Həmçinin qeyd olunub ki, altı ay müddətinə mini hökumətin formalaşdırılması haqqında razılıq əldə olunub. Yaradılacaq hökumətin müddətinin uzadılması mümkün olmayacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR