Misirdə qədim taxıl anbarlarının qalıqları aşkarlanıb

Misirdə qədim taxıl anbarlarının qalıqları aşkarlanıb
# 02 mart 2022 18:37 (UTC +04:00)

Misir-Avstriya birgə arxeoloji missiyası ölkənin cənubundakı Kom-Ombo məbədi yaxınlığında qədim taxıl anbarlarının qalıqlarını aşkar edib.

APA-nın TASS-a istinadən verdiyi məlumata görə, bu barədə Misirin "Əl-Əhram" qəzeti yazır.

Binalar Birinci keçid dövrünə (e.ə. XX əsr) aiddir. Misirin Qədim Əsərlər üzrə Ali Şurasının Baş katibi Mustafa Vəziri deyib ki, arxeoloqlar taxıl saxlamaq üçün istifadə olunan 20 konusvari tikili aşkar ediblər. O izah edib ki, bu kəşf Kom-Ombo yaxınlığındakı yaşayış məntəqəsinin inzibati və iqtisadi mərkəz kimi əhəmiyyətindən xəbər verir.

Taxıl anbarlarının memarlıq elementlərinin, o cümlədən tağlar və pilləkənlərin yaxşı vəziyyətdə olduğu deyilir. Arxeoloqların hesabatına görə, anbarların divarlarının hündürlüyü iki metrə çatır. Bundan başqa, yeraltı siloslardan birində siçan sümüklərinin qalıqları tapılıb.

Avstriya tərəfinin missiyadakı nümayəndəsi İren Foster öz növbəsində qeyd edib ki, qazıntılar zamanı arxeoloqlar həmçinin, XIX əsrdə tikilmiş, müdafiə məntəqəsi və Nil çayının gedişini izləmək üçün istifadə olunan qala xarabalıqlarını da aşkar ediblər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR