Nigeriyada kilsəyə hücum zamanı 50 nəfər ölüb - YENİLƏNİB-2

Nigeriyada kilsəyə hücum zamanı 50 nəfər ölüb  - YENİLƏNİB-2
# 05 iyun 2022 23:01 (UTC +04:00)

Nigeriyada kilsəyə hücum zamanı ölənlərin sayı 50 nəfəri keçib.

APA xəbər verir ki, bu barədə “Nigerian Tribune” həkimlərə istinadla məlumat yayıb.

Ölən və yaralananlar barədə müxtəlif rəqəmlər səslənsə də, hələ ki, rəsmi məlumat yoxdur.

***

21.35

Nigeriyada kilsəyə hücum nəticəsində azı 20 nəfər həlak olub.

APA xəbər verir ki, şahidlər yerli mediaya 20-dən çox şəxsin öldüyünü bildiriblər. Şahid ifadələrinə görə, hücum edənlərin sayı 5 nəfər olub. Bununla belə, hadisə qurbanları barədə məlumatlar ziddiyyətlidir.

Ölkə prezidenti Muhammadu Buxari hadisəni törədənlərin tapılmasına dair əmr verib.

Papa Fransisk isə bugünkü ibadət vaxtı kilsədə həlak olanların ruhuna dua oxuyub.

***

18.22

Nigeriyada katolik kilsəsində partlayış olub.

APA-nın xəbərinə görə, bu barədə “This Day” qəzeti məlumat yayıb.

Bildirilib ki, Nigeriyanın cənub-qərbində, Ondo ştatının Ovo dairəsində Müqəddəs Fransisk kilsəsi ərazisində güclü partlayış baş verib, ölənlər və çoxlu sayda xəsarət alanlar var.

Nigeriyanın “PM News” portalı ölənlərin sayının 50 nəfərə çata biləcəyini yazıb.

Hələlik partlayışla bağlı rəsmi məlumat açıqlanmayıb. “Sahara Reporters” portalı isə artıq partlayışı terrorçuların törətdiyini yazıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR