Qahirədə mikroavtobus körpüdən aşıb, azı 8 nəfər ölüb

Qahirədə mikroavtobus körpüdən aşıb, azı 8 nəfər ölüb
  • Clock-gray 20:36
  • calendar-gray 11 Sentyabr 2019

Misir paytaxtının rayonlarının birində sərnişin mikroavtobusunun körpüdən düşməsi nəticəsində səkkiz nəfər ölüb və dörd nəfər yaralanıb.

APA xəbər verir ki, bu barədə “Al Ahram” qəzetinin elektron versiyası respublikanın Səhiyyə Nazirliyinin rəsmi saytına istinadən məlumat yayıb.

Bildirilir ki, insanlarla dolu mikroavtobus İmbaba bölgəsində hərəkət edən zaman yol kənarındakı maneələrə çırpılıb və böyük bir hündürlükdən aşıb. Hüquq-mühafizə orqanlarından alınan ilkin məlumatlara görə, sürücü sürət həddini aşıb və avtomobilin idarəetməsini itirib, bu da faciəyə səbəb olub.

Əraziyə yeddi təcili yardım briqadası cəlb edilib. Əvvəlcə on nəfərin öldüyü və iki nəfərin xəsarət aldığı deyilsə də, Səhiyyə Nazirliyi bu məlumatı təsdiqləməyib.

apa-logo-mini

Digər xəbərlər

Arxiv

date