Rusiya və Səudiyyə Ərəbistanının XİN başçıları görüşüb

Rusiya və Səudiyyə Ərəbistanının XİN başçıları görüşüb
# 01 iyun 2023 14:58 (UTC +04:00)

Rusiya Federasiyası və Səudiyyə Ərəbistanının xarici işlər nazirləri Sergey Lavrov və Feysəl bin Fərhan Əl-Səud arasında görüş keçirilib.

APA-nın Rusiya bürosu xəbər verir ki, görüş Keyptaunda BRİCS Xarici İşlər Nazirləri toplantısı çərçivəsində baş tutub.

BRİCS XİN başçılarının toplantısı çərçivəsində Lavrov Hindistan və CAR-dan olan həmkarları ilə görüşüb.

Qeyd edək ki, BRİCS təşkilatı 2006-cı ilin iyun ayında Peterburq Beynəlxalq İqtisadiyyat Forumu çərçivəsində yaradılıb. Dövlətlərarası birlik, ittifaq olan təşkilata Braziliya,Rusiya, Hindistan,Çin və CAR daxildir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR