Seneqalda yol qəzasında 19 nəfər ölüb

Qəza

© APA | Qəza

# 16 yanvar 2023 17:51 (UTC +04:00)

Seneqalın şimalında sərnişin avtobusu ilə yük maşınının toqquşması nəticəsində azı 19 nəfər ölüb, 20-dən çox adam yaralanıb.

APA xəbər verir ki, bu barədə “Əl Cəzirə” məlumat yayıb.

Bildirilib ki, Seneqalın Qəza Sakal şəhəri yaxınlığında baş vermiş hadisənin təfərrüatları araşdırılır.

Xatırladaq ki, 1 həftə öncə ölkənin mərkəz hissəsində yerləşən Kafrin şəhəri yaxınlığında da qəza baş verib. Həmin hadisə zamanı iki avtobusun toqquşması nəticəsində 42 nəfər ölüb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR