Sudandakı toqquşmalar 1 milyona yaxın insanı məcburi köçkünə çevirib

Sudandakı toqquşmalar 1 milyona yaxın insanı məcburi köçkünə çevirib
# 24 may 2023 15:47 (UTC +04:00)

Sudanda baş verən toqquşmalar 1 milyona yaxın insanı məcburi köçkünə çevirib.

APA AFP-yə istinadən xəbər verir ki, bu barədə Beynəlxalq Miqrasiya Təşkilatı məlumat yayıb.

Bildirilib ki, aprelin 15-dən etibarən Sudanda başlayan hərbi toqquşmalar nəticəsində ölkə daxilində bir milyondan çox insan evindən didərgin salınıb. Qeyd olunub ki, toqquşmalar nəticəsində 319 000 mindən çox insan isə ölkə sərhədlərini aşaraq qonşu ölkələrə sığınıb.

Qeyd edək ki, ABŞ və Səudiyyə Ərəbistanının vasitəçiliyi ilə Sudanda atəşkəs elan olunub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR