ABŞ Dövlət Departamenti Avropada hərbi təlim üçün 25,5 milyon dollar ayırmaq niyyətindədir

ABŞ Dövlət Departamenti Avropada hərbi təlim üçün 25,5 milyon dollar ayırmaq niyyətindədir
  • Clock-gray 04:42
  • calendar-gray 11 Fevral 2020

ABŞ Prezidenti Donald Tramp administrasiyası Avropa ölkələrinə hərbi biliklərin drisində, xüsusən də Rusiyanın təsirinə qarşı mübarizədə kömək üçün 25,5 milyon dollar ayırmağı təklif edir.

APA xəbər verir ki, bu barədə Dövlət Departamentinin büdcə layihəsində deyilir.

“Avropa üçün beynəlxalq hərbi təhsil və təlim proqramları ABŞ, NATO və Avropanın silahlı qüvvələrinin regional təhlükəsizliyini və uyğunluğunu gücləndirir, habelə Rusiyanın təcavüzünə qarşı mübarizə aparmaq kömək edir. Büdcə layihəsinin şamil olunacağı prioritet ölkələrə Bolqarıstan, Gürcüstan, Polşa, Rumıniya, Türkiyə və Ukrayna daxildir”, - deyə təklif olunan büdcədə qeyd olunur.

Büdcə layihəsinə görə, hərbi təlimdə yardımın məqsədi ilk növbədə bu ölkələrin hərbi qüvvələrinin “ABŞ silahlı qüvvələrinin doktrina və əməliyyat taktikasını başa düşməsi və təsdiq etməsidir”.

apa-logo-mini

Digər xəbərlər