ABŞ Livana hərbi yardım olaraq 105 milyon dollar ayırılmasını bərpa edib

ABŞ Livana hərbi yardım olaraq 105 milyon dollar ayırılmasını bərpa edib
# 03 dekabr 2019 01:12 (UTC +04:00)

ABŞ prezidenti administrasiyası təhlükəsizlik ehtiyacları üçün Livan hökumətinə 105 milyon dollar ayrılmasını bərpa etmək qərarına gəlib.

APA “TASS” agentliyinə istinadən xəbər verir ki, bu barədə bazar ertəsi “Reuters” konqresmeninin köməkçisinə istinadən məlumat yayıb.

Hələ noyabrın 1-də agentliyin verdiyi məlumatda Ağ Evin Livana hərbi dəstək verilməsini dayandırdığını bildirmişdi. Məlumatda qeyd olunurdu ki, Dövlət Departamenti bu qərarın qəbul edilməsinin səbəblərini göstərmədən Konqresə məlumat verib.

Məlumatlı mənbələrə görə, belə bir addım Livandakı etirazlar səbəbindən atıla bilərdi.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR