ABŞ Şimali Koreyaya qarşı sanksiya siyahısını genişləndirib

ABŞ Şimali Koreyaya qarşı sanksiya siyahısını genişləndirib
# 08 dekabr 2020 22:33 (UTC +04:00)

Amerika Birləşmiş Ştatları altı hüquqi şəxs və dörd gəmini də qara siyahıya salmaqla KXDR-ə qarşı sanksiyalar siyahısını genişləndirib.

APA xəbər verir ki, bu barədə ABŞ Maliyyə Nazirliyi məlumat yayıb.

“Bu gün ABŞ Maliyyə Nazirliyinin Xarici Aktivlərə Nəzarət İdarəsi Şimali Koreya kömürünün daşınmasında iştirak edən altı hüquqi şəxs və dörd gəmini müəyyənləşdirib”, - məlumatda belə deyilir.

Nazirlik qeyd edib ki, aşkarlanmış faktlarda BMT Təhlükəsizlik Şurasının 2371 saylı qətnaməsinin pozulduğu üzə çıxıb.

Sanksiyaların tətbiq olunduğu təşkilatlar Britaniya, Vyetnam və Çində yerləşir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR