ABŞ astronavtı kosmosda qalma müddətinə görə qadınlar arasında rekord vurub

ABŞ astronavtı kosmosda qalma müddətinə görə qadınlar arasında rekord vurub
  • Clock-gray 08:44
  • calendar-gray 29 Dekabr 2019

Amerikalı astronavt Kristina Kuk qadınlar arasında kosmosda ən çox vaxt keçirmiş astronavt kimi rekord vurub.

APA xəbər verir ki, bu barədə “CNN” məlumat yayıb. Bildirilir ki, söhbət bir uçuş ərzində kosmosda daha çox qalmaqdan gedir.

Astronavt 14 mart 2019-cu ildə Beynəlxalq Kosmik Stansiyaya (BKS) çatıb. Belə olan halda o, orbitdə 290 gün (29 dekabradək) keçirib və stansiyada 2020-ci ilin fevralına qədər olacaq.

“Bu, elm üçün heyrətamiz bir şeydir. Zamanla mikroqravitasiyanın insan orqanizminə necə təsir etdiyinin başqa bir tərəfini müşahidə edirik”, - deyə K.Kuk bildirib.

O, həmçinin belə bir təsirin öyrənilməsinin Aya və Mars kimi digər planetlərə gələcək səyahətlər zamanı faydalı olacağını qeyd edib.

Kuka qədər bu rekord 2016-cı ildən 2017-ci ilədək BKS-də 288 gün keçirən Peqqi Uitsona məxsus olub. Yerə qayıdacağı günə qədər K.Kukun kosmosdakı fəaliyyəti 330 gün təşkil edəcək.

apa-logo-mini

Digər xəbərlər

Arxiv

date