ABŞ-da atışma zamanı 3 nəfər ölüb

ABŞ-da atışma zamanı 3 nəfər ölüb
# 03 aprel 2021 14:24 (UTC +04:00)

ABŞ-da atışma zamanı 3 nəfər ölüb, 4 nəfər yaralanıb.

APA-nın CNN-ə istinadən verdiyi xəbərə görə, silahlı incident Şimali Karolina ştatının Vilminqton şəhərində baş verib.

Polis hadisə baş verən ərazidə atışmadan öncə ev yığıncağının keçirildiyini bildirib.

Hadisənin motivi hələ bəlli deyil, polis insidentlə bağlı araşdırma başladıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR