ABŞ-da atışmada 5 nəfər ölüb

ABŞ-da atışmada 5 nəfər ölüb
# 28 aprel 2020 04:20 (UTC +04:00)

Bazar ertəsi ABŞ-ın Viskonsin ştatında atışma nəticəsində 5 nəfər ölüb.

APA CBS telekanalına istinadən xəbər verir ki, ölənlərin yaşı 14-41 aralığındadır.

Ölənlərin cəsədi Miluoki şəhərində bir evdə tapılıb. Onların bir-biri ilə tanış olduğu bildirilsə də, qohumluq əlaqələri dəqiqləşdirilməyib.

Atışma barədə yerli polisə məlumat daxil olan kimi dərhal bir neçə küçə bağlanıb.

Cinayəti törətməkdə şübhəli bilinən şəxs tutulub. Hadisənin motivləri barədə məlumat verilməyib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR