ABŞ-da atışmada ikisi uşaq olmaqla, beş nəfər öldürülüb

ABŞ-da atışmada ikisi uşaq olmaqla, beş nəfər öldürülüb
  • Clock-gray 10:55
  • calendar-gray 08 Aprel 2021

ABŞ-da atışma zamanı ikisi uşaq olmaqla 5 nəfər öldürülüb.

APA-nın RİA “Novosti”yə istinadən verdiyi xəbərə görə, silahlı insident ötən gün Cənubi Karolina ştatının Rok-Xill şəhərində yerləşən evlərdən birində qeydə alınıb.

Hüquq-mühafizə orqanlarının məlumatına görə, hadisə nəticəsində tanınmış 70 yaşlı həkim Robert Lesli, onun 69 yaşlı həyat yoldaşı Barbara Lesli və iki azyaşlı nəvəsi, eyni zamanda, onların evində çalışan bir nəfər öldürülüb.

Bundan başqa, ağır güllə yarası almış daha bir nəfər isə xəstəxanaya yerləşdirilib.

Polis əməkdaşları hadisəni törətməkdə şübhəli bilinən şəxsi evində aşkarlayıblar. Onun sağ və ya ölü olması məlum deyil.

apa-logo-mini

Digər xəbərlər