ABŞ-da avtomobil velosipedçiləri vurub, 5 ölü, 4 yaralı var

ABŞ-da avtomobil velosipedçiləri vurub, 5 ölü, 4 yaralı var
# 11 dekabr 2020 04:41 (UTC +04:00)

ABŞ-ın Nevada ştatında mikroavtobusun velosipedçiləri vurması nəticəsində 5 nəfər ölüb, 4 nəfər xəsarət alıb.

APA xəbər verir ki, bu barədə The New York Times” ştatın patrul xidmətinə istinadən məlumat yayıb.

Məlumata görə, avtomobilin sürücüsü bilinməyən səbəbdən Serçlayt şəhəri yaxınlığında iki qrup velosipedçini və onları müşayiət edən bir minik avtomobilini vurub. Beş velosipedçi ölüb, daha dörd nəfər xəsarət alıb. Yaralılardan birinin vəziyyəti ağırdır.

Polis qəzanın təfərrüatlarını araşdırır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR