ABŞ-da baş verən yanğının əhatə dairəsi 4 min hektara çatıb

ABŞ-da baş verən yanğının əhatə dairəsi 4 min hektara çatıb
# 07 sentyabr 2020 10:41 (UTC +04:00)

ABŞ-ın Kaliforniya ştatının cənubunda yerləşən San-Diyeqo şəhərində baş vermiş meşə yanğını artıq 4 min hektar ərazini əhatə edib.

APA-nın TASS-a istinadən verdiyi məlumata görə, bu barədə San-Diyeqonun yanğınsöndürmə idarəsi “Twitter”də yazıb.

"Yanğının sahəsi 9 850 akrdır (təxminən 3 986 hektar), yanğının 1%-i lokallaşdırılıb" – məlumatda deyilir.

Qeyd edək ki, eyni zamanda Kaliforniyanın mərkəzindəki Syerra milli qoruğunda da yanğın qeydə alınıb. Yanğın şənbə günü baş verib və 14,5 min hektardan çox ərazini əhatə edib. Ən azı 150 nəfər evakuasiya edilib.

Kaliforniya qubernatoru Qevin Nyusom bazar günü meşə yanğınları səbəbindən ştatın beş şəhərində fövqəladə vəziyyət elan edib.

Xatırladaq ki, ştatın ərazisində yanğının sürətlə yayılması isti və quru hava ilə əlaqədardır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR