ABŞ-da etiraz aksiyaları zamanı bir nəfər öldürülüb

ABŞ-da etiraz aksiyaları zamanı bir nəfər öldürülüb
  • Clock-gray 12:23
  • calendar-gray 30 Avqust 2020

ABŞ-ın aksiyalar keçirilən Oreqon ştatının Portland şəhərində 1 nəfər güllələnib.

APA bildirir ki, bu barədə yerli polis orqanları məlumat yayıb. Məlumatda bildirilir ki, şənbə günü saat 20:46-da polis zabitləri atəş səsi eşidib:

“Zabitlər hadisə yerində olanda bir nəfərin odlu silahdan atılan atəş nəticəsində yaralandığını görüblər. Tibb işçiləri həmin şəxsin öldüyünü bildirib”.

Qeyd edək ki, 29 avqustda Portland şəhərində aksiya zamanı “Black Lives Matter” hərəkatının üzvləri ilə ABŞ prezidenti Donald Trampın tərəfdarları arasında toqquşma baş verib. Aksiyada 19 iştirakçı nəzarət altına alınıb.

apa-logo-mini

Digər xəbərlər