ABŞ-da helikopter qəzasında polis əməkdaşı ölüb

ABŞ-da helikopter qəzasında polis əməkdaşı ölüb
# 03 may 2020 02:46 (UTC +04:00)

ABŞ-ın Texas ştatı, Hyuston şəhərində helikopter qəzası nəticəsində bir polis əməkdaşı ölüb, digəri isə xəsarət alıb.

APA xəbər verir ki, bu barədə şəhərin meri Silvester Törner bildirib.

Hyuston şəhərinin polis rəisi Art Asevedo mətbat konfransında helikopterin göyərtəsində pilot və onun köməkçisinin olduğunu deyib. Onun sözlərinə görə, helikopterin düşdüyü yaşayış evinin ərazisində heç kim xəsarət almayıb. Polis əməkdaşlarını helikopterdən əraziyə gələn xilasedicilər çıxarıb.

Hazırda insidentlə bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR