ABŞ-da hərbi təyyarə qəzaya uğrayıb

ABŞ-da hərbi təyyarə qəzaya uğrayıb
# 24 oktyabr 2020 07:39 (UTC +04:00)

ABŞ-ın Alabama ştatında ABŞ Hərbi Dəniz Qüvvələrinə məxsus təyyarə qəzaya uğrayıb. Nəticədə azı iki nəfər ölüb.

APA xəbər verir ki, bu barədə “NewsNation Now” portal məlumat yayıb.

Hadisə günorta saatlarında Foli şəhərində baş verib. Qəzaya uğrayan təyyarə məktəbin yaxınlığında yerə düşüb. Ərazidə bir evin yandığı bildirilib.

Hadisə zamanı mülki şəxslər arasında xəsarət alan olmayıb. Müdafiə Nazirliyi və Hərbi-Dəniz Qüvvələrinin nümayəndələri araşdırma aparır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR