ABŞ-da koronavirusdan ölənlərin sayı 20 mini keçib

ABŞ-da koronavirusdan ölənlərin sayı 20 mini keçib
# 11 aprel 2020 23:56 (UTC +04:00)

ABŞ-da koronavirus infeksiyasından ölənlərin sayı sürətlə artır.

APA-nın xəbərinə görə, Federal və yerli hakimiyyət orqanların məlumatları əsasında statistika aparan Cons Hopkins Universiteti ölənlərin sayının 20 mini keçdiyini açıqlayıb.

Məlumatda bildirilir ki, ABŞ-da indiyədək 519 453 nəfər koronavirusa yoluxub, 20 071 nəfər ölüb, 29 507 nəfər sağalıb.

ABŞ koronavirusa yoluxma və ölüm sayına görə dünyada liderdir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR