ABŞ-da masaj salonlarına hücum zamanı 8 nəfər öldürülüb

ABŞ-da masaj salonlarına hücum zamanı 8 nəfər öldürülüb
# 17 mart 2021 05:13 (UTC +04:00)

ABŞ-ın Atlanta şəhərində və ətraf bölgələrində odlu silahla edilən bir neçə hücum nəticəsində səkkiz nəfər ölüb, iki nəfər isə yaralanıb.

APA xəbər verir ki, bu barədə “AJC” onlayn portalı məlumat yayıb.

Məlumata görə, ilk hadisə Atlanta yaxınlığındakı Çeroki dairəsindəki bir masaj salonunda baş verib. Burada naməlum şəxs üç nəfəri öldürüb, daha ikisi yaralayıb, bundan sonra isə ərazidən qaçıb. Bir saat keçməmiş Atlantanın şimalındakı daha iki masaj salonları yaxınlığında da atəş səsləri eşidilib. Bu hücumlarda daha dörd nəfər öldürülüb. Polis bir neçə avtomobil yollarını bağlayıb, hadisə ilə əlaqədar hələlik heç kim tutulmayıb.

Bildirilir ki, masaj salonlarının işçilərin çoxu Asiya mənşəlidir. Polis bu hücumların bir-biri ilə əlaqəli olub-olmadığını araşdırır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR