ABŞ-da məhkəmə binası qarşısında atışma olub, yaralananlar var

ABŞ-da məhkəmə binası qarşısında atışma olub, yaralananlar var
# 28 yanvar 2020 06:33 (UTC +04:00)

ABŞ-ın Bricport şəhərində (Konnektikut ştatı) məhkəmə binası qarşısında baş verən silahlı insident nəticəsində dörd nəfər yaralanıb.

APA “TASS” agentliyinə istinadən xəbər verir ki, bu barədə “New York Post” qəzeti məhkəmə işçisinə istinadən məlumat yayıb.

Bildirilir ki, atışma park edilmiş avtomobildən həyata keçirilib. Xəsarət alanlar xəstəxanaya yerləşdirilib, həyatları üçün təhlükə yoxdur.

Hazırda cinayətkarın tutulması istiqamətində tədbirlər görülür.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR