ABŞ-da polis daha bir silahsız afroamerikalını güllələyib

ABŞ-da polis daha bir silahsız afroamerikalını güllələyib
# 25 dekabr 2020 05:55 (UTC +04:00)

ABŞ-ın Ohayo ştatının Kolumbus şəhərində polis əməkdaşı əlində cib telefonu olan silahsız qaradərili şəxsi vuraraq öldürüb.

APA xəbər verir ki, bu barədə “CNN” telekanalı məlumat yayıb.

Məlumata görə, polis işçisi Adam Koy çağırışla bir yaşayış binasına gəlib. Zəng edən şəxs avtomobil mühərrikinin səsini eşitdiyini bildirib. Koy evlərdən birinin qarajının yaxınlığında bir afroamerikalının yaxınlaşdığını görüb. O, sol əlində cib telefonu tutubmuş, sağ əlini isə polis məmuru görə bilməyib.

Polis məmurunun hansı səbəbdən afroamerikalıya atəş açdığı hələ məlum deyil. Qaradərili Andre Moris Hill aldığı xəsarətdən yerindəcə keçinib. Baxış zamanı onun yanında silah aşkar edilməyib. Sonradan məlum olub ki, afroamerikalı yanında dayandığı evə qonaq gəlibmiş.

İnsident A.Koyun sinəsində olan kamera ilə qismən çəkilib. Səs qeydini isə o, yalnız Hilli vurandan sonra işə salıb. Polis məmuru baş verənlərlə əlaqədar xidmətdən kənarlaşdırılıb. Yerli icra orqanları faktla əlaqədar araşdırmalar aparır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR