ABŞ-da son altı ay üzrə koronavirusdan ən yüksək sutkalıq ölüm qeydə alınıb

ABŞ-da son altı ay üzrə koronavirusdan ən yüksək sutkalıq ölüm qeydə alınıb
  • Clock-gray 07:09
  • calendar-gray 19 Noyabr 2020

ABŞ-da yeni növ koronavirus infeksiyasına yoluxma nəticəsində gündəlik ölüm sayı son altı ayda ən yüksək səviyyəyə çatıb.

APA xəbər verir ki, belə bir nəticəni beynəlxalq təşkilatlar, federal və yerli hakimiyyət orqanlarının məlumatları əsasında araşdırma aparan Cons Hopkins Universiteti təqdim edib.

Hesabata görə, çərşənbə axşamı ABŞ-da koronavirus səbəbindən 1707 nəfər ölüb. Bu göstərici bu ilin may ayının 14-dən bəri ən yüksək məlumatdır. Bundan əvvəlki ən yüksək göstərici aprel ayının ortalarında, gün ərzində 2,6 mindən çox amerikalıın ölməsi barədə hesabat təqdim edilən zaman müəyyən olunmuşdu.

Universitetin hesabatına görə, infeksiyaya yoluxma hallarının sayında gündəlik artım ABŞ-da son bir həftə ərzində 29% nisbətində sürətlənib. Eyni zamanda, 50 ABŞ ştatından 47-də yoluxma halları azı 10% artıb. Ən ağır epidemioloji vəziyyət Ohayo, İndiana, Ayova, Nebraska, Vayominq, həmçinin Şimali və Cənubi Dakota da daxil olmaqla Orta Qərb ştatlarında müşahidə olunur.

Cons Hopkins Universitetinin açıqlamasına görə, ümumilikdə ABŞ-da 11 468 739 nəfərin koronavirus infeksiyasına yoluxması qeydə alınıb, 250 029 nəfər bu virusdan ölüb. Ölkə hər iki göstəriciyə görə dünyada birinci yerdədir.

Həmçinin ölkədə 4 293 640 nəfər müalicə olunaraq sağalıb. Ölüm hallarının təkcə 34 173-ü Nyu-York ştatında rast gəlinib, xəstəliyə yoluxma hallarının sayı isə burada 574 072 nəfərdir.

apa-logo-mini

Digər xəbərlər