ABŞ-da son sutkada COVID-19-a 31 mindən çox yoluxma qeydə alınıb, 425 nəfər ölüb

ABŞ-da son sutkada COVID-19-a 31 mindən çox yoluxma qeydə alınıb, 425 nəfər ölüb
# 23 iyun 2020 15:47 (UTC +04:00)

ABŞ-da son sutka ərzində yeni növ koronavirus infeksiyasına (COVID-19) 31 012 yoluxma halı qeydə alınıb, 425 nəfər vəfat edib.

APA-nın xəbərinə görə, bu barədə Con Hopkins Universiteti məlumat yayıb.

Bildirilib ki, ABŞ-da koronavirusa yoluxanların sayı 2 312 302 nəfər təşkil edir.

Koronavirusdan sağalanların sayı 640 mindən, xəstəlikdən ölənlərin sayı isə 120 mindən çoxdur.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR