ABŞ-da sürücü etirazçıların üstünə avtomobil sürüb

ABŞ-da sürücü etirazçıların üstünə avtomobil sürüb
# 08 iyun 2020 10:18 (UTC +04:00)

Bazar günü axşam ABŞ-ın Vaşinqton ştatının Sietl şəhərində sürücü etirazçıların üstünə avtomobil sürüb.

APA-nın TASS-a istinadən verdiyi xəbərə görə, o, daha sonra avtomobildən düşərək etirazçılara atəş açıb.

Hadisə nəticəsində bir nəfər xəsarət alıb.

Sürücü isə həbs olunub.

Qeyd edək ki, Minneapolis ştatında afroamerikalı Corc Floydun polis tərəfindən öldürülməsindən sonra ABŞ-da kütləvi etiraz aksiyaları keçirilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR