ABŞ donanmasına aid gəmidə baş vermiş yanğın zamanı xəsarət alanların sayı 59-a çatıb

ABŞ donanmasına aid gəmidə baş vermiş yanğın zamanı xəsarət alanların sayı 59-a çatıb
# 14 iyul 2020 08:19 (UTC +04:00)

ABŞ-ın San-Dieqo şəhərində (Kaliforniya ştatı), Hərbi-Dəniz Qüvvələrinin bazasında olan “Bonhomme Richard” desant gəmisinin göyərtəsində baş vermiş yanğın nəticəsində xəsarət alanların sayı 59 nəfərə çatıb.

APA “TASS”-a istinadən xəbər verir ki, bu barədə ABŞ Sakit okean donanmasının su səthi qüvvələri idarəsinin “Twitter” səhifəsində məlumat yer alıb.

Məlumata görə, yanğın zamanı 36 hərbi qulluqçu və 23 mülki şəxs xəsarət alıb. Onların hamısına tibbi yardım göstərilib. Dənizçilərin heç biri xəstəxanaya yerləşdirilməyib.

Qeyd edək ki, “Bonhomme Richard” gəmisindəki yanğın barədə məlumat dünən verilib. Gəmi min nəfərdən çox şəxsi heyət üçün nəzərdə turulub. Yanğın zamanı isə onun göyərtəsində təxminən 160 hərbçi olub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR