ABŞ-ın vitse-prezidenti Mayk Pens koronavirusa qarşı peyvənd olunub

ABŞ-ın vitse-prezidenti Mayk Pens koronavirusa  qarşı peyvənd olunub
# 18 dekabr 2020 18:02 (UTC +04:00)
ABŞ-ın vitse-prezidenti Mayk Pens və xanımı Karen Pens yeni növ koronavirusa (COVID-19) qarşı peyvənd olunub.
APA-nın xəbərinə görə, onların peyvənd olunması "NBC News" kanalında canlı yayımlanıb.
Həkimlər onlardan əvvəl vurulan peyvəndlərə qarşı alergik reaksiyaların olub olması barədə soruşub və koronavirus peyvəndi barədə məlumatlandırıb.
Həkimlər bildirib ki, bu peyvəndləmə prosesinin ilk mərhələsidir və 21 gündən sonra ikinci inyeksiya olunacaq.
"Bu həftənin tarixdə koronavirus pandemiyasının sonunun başlanğıcı kimi qalacağına inanıram", vitse-prezident Pens deyib.
Qeyd edək ki, ABŞ "BionTech"- "Pfitzer" in hazırladığı peyvəndin istifadəsini təsdiqləyib.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR