ABŞ koronavirus pandemiyasının dünyaya vurduğu ziyanı açıqlayıb

ABŞ koronavirus pandemiyasının dünyaya vurduğu ziyanı açıqlayıb
# 20 may 2020 19:20 (UTC +04:00)

Koronavirus pandemiyası dünyaya 9 trilyon dollar həcmində ziyan vurub.

APA-nın “RİA Novosti” agentliyinə istinadən verdiyi məlumata görə, bunu ABŞ Dövlət katibi Mayk Pompeo bildirib.

M. Pompeo qeyd edib ki, bu pandemiya 90 min nəfər amerikalının həyatına son qoyub, martdan 36 milyon amerikalı işini itirib. Bütün dünyada isə 300 min nəfər ölüb: “ABŞ-ın qiymətləndirməsinə görə, koronavirus pandemiyası dünyaya 9 trilyon dollar ziyan vurub”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR