ABŞ mütəxəssisi bu ilin payızında koronavirusun yeni dalğasını proqnozlaşdırıb

ABŞ mütəxəssisi bu ilin payızında koronavirusun yeni dalğasını proqnozlaşdırıb
  • Clock-gray 06:20
  • calendar-gray 31 Mart 2020

 

“2020-ci ilin payızı ərəfəsində yeni növ koronavirusun növbəti dalğası olacaq”. 

APA xəbər verir ki, bu sözləri Ağ Evdə keçirilən brifinqdə ABŞ-ın Milli Allergiya və Yoluxucu Xəstəliklər İnstitutunun rəhbəri Entoni Fauçi söyləyib.

O bildirib ki, ABŞ hakimiyyəti virusun payızda baş tutacaq yeni dalğasını gözləyir və buna hazırlaşmaq istəyir: “İnanıram ki, altı ay ərzində ölkə virusla mübarizə qabiliyyətini inkişaf etdirəcək, bir sıra testlər keçirəcək və COVID-19-a cavab verəcək”.

Mütəxəssisin çıxışından sonra ABŞ Prezidenti Donald Tramp da ehtimal edilən yeni koronavirus dalğası ilə bağlı fikirlərini bildirib. O, birləşmiş ştatların virusun ikinci dalğasına hazır olduğunu desə də, amma bunun baş verməyəcəyinə ümid etdiyini vurğulayıb: "Ancaq bütün hallarda biz hazırıq". 

Xatırladaq ki, son məlumatlara görə, ABŞ-da 160 mindən çox koronavirusa yoluxub, 2,9 mindən çox insan ölüb.

 

Rəşad Sarıyev

Digər xəbərlər