ABŞ Prezidenti Donald Tramp süni intellekt modellərinin hazırlanması ilə məşğul olan Amerikanın “Anthropic” texnologiya şirkətinin baş direktoru Dario Amodei ilə görüşəcək.
Bu barədə “Bloomberg” mənbələrə istinadən məlumat yayıb.
Məlumata görə, Dario Amodei bazar günü axşam Donald Trampla şam yeməyində görüşməlidir.
Nəşr qeyd edib ki, Tramp və Amodei süni intellektin təhlükəsizliyi məsələsində fərqli mövqelərə malikdirlər.