Ağstafada qətl hadisəsi baş verib.
APA-nın yerli bürosunun məlumatına görə, 1992-ci il təvəllüdlü Rəşad İsmayılov qətlə yetirilib.
Araşdırmalar zamanı R.İsmayılovun aralarında yaranan mübahisə zamanı tanışı Sabir Şükürov tərəfindən küt alətlə öldürüldüyü müəyyən edilib.
Polis əməkdaşlarının keçirdikləri müvafiq tədbirlər nəticəsində hadisəni törətməkdə şübhəli bilinən S.Şükürov saxlanılıb.
İlkin məlumata görə, hadisə pul borcuna görə yaranan münaqişədən sonra törədilib.
Faktla bağlı araşdırma aparılır.