Ağ Ev yaxınlığındakı atışma zamanı məxfi xidmət əməkdaşı yaralanıb

Ağ Ev yaxınlığındakı atışma zamanı məxfi xidmət əməkdaşı yaralanıb
# 11 avqust 2020 05:27 (UTC +04:00)

ABŞ rəhbərliyini qoruyan Birləşmiş Ştatların Məxfi Xidmətinin bir əməkdaşı Ağ Evin yaxınlığında baş vermiş atışma zamanı xəsarət alıb.

APA xəbər verir ki, bu barədə qurumun “Twitter” səhifəsində məlumat yer alıb.

Məlumata görə, şübhəli şəxs və məxfi xidmət əməkdaşı xəstəxanaya yerləşdirilib. Hadisə zamanı mühafizə olunan şəxslərin heç biri üçün təhlükə yaranmayıb.

Qeyd edək ki, bundan bir qədər əvvəl ABŞ prezidenti Donald Tramp Ağ Ev yaxınlığında baş verən atışma səbəbindən mətbuat konfransını yarımçıq tərk etmişdi.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR