Amerikalı musiqiçi Adam Şlezinger koronavirusdan ölüb

Amerikalı musiqiçi Adam Şlezinger koronavirusdan ölüb
# 02 aprel 2020 08:58 (UTC +04:00)

Amerikalı bəstəkar, üç “Emmy” mükafatının sahibi Adam Şlezinger 52 yaşında koronavirus infeksiyasından ölüb.

APA-nın RİA Novosti-yə istinadən verdiyi xəbərə görə, bu barədə "Variety" nəşri məlumat yayıb.

Şlezinger Nyu-Yorkdakı xəstəxanada müalicə alırdı. Musiqiçi çərşənbə günü səhər dünyasını dəyişib.

O, “Emmy” mükafatlarından başqa, “Ən yaxşı yeni artist” nominasiyası üzrə “Grammy” mükafatına da layiq görülüb. 1997-ci ildə isə “Nə edirsən” filmindəki kompozisiyasına görə “Oscar” və “Qızıl Qlobus” mükafatçısı olub.

Qeyd edək ki, musiqiçi “Fountains Of Wayne” və “Ivy” rok qrupunun yaradıcısı idi.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR