Argentina prezidenti koronavirusa yoluxub

Argentina prezidenti koronavirusa yoluxub
# 03 aprel 2021 13:41 (UTC +04:00)

Argentina prezidenti Alberto Fernandez yeni növ koronavirusa (COVID-19) yoluxub.

APA-nın xəbərinə görə, bu barədə prezident "Twitter"də bildirib.

O, ümumilikdə özünü yaxşı hiss etdiyini, lakin yüngül hərarətinin olduğunu qeyd edib.

62 yaşlı Argentina prezidenti bu ilin əvvəlində Rusiya istehsalı olan "Sputnik V" ilə peyvənd olunub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR