Argentinada 6,1 maqnitudalı zəlzələ olub

Argentinada 6,1 maqnitudalı zəlzələ olub
# 10 yanvar 2021 09:06 (UTC +04:00)

Argentinanın Jujuy əyalətində 6,1 maqnitudalı zəlzələ olub.

APA-nın xəbərinə görə, bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi məlumat yayıb.

Yerli vaxtla saat 3.54 radələrində baş verən zəlzələnin ocağı San-Antonio-de-los-Kobres şəhərindən 44 km uzaqlıqda, 185 km dərinlikdə yerləşib.

Dağıntı və tələfat barədə məlumat daxil olmayıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR